“Qarabağ”ın 5 milyona satdığı legioner də Rusiyadan qaçmağa hazırlaşır?

24 İyun 2023 19:20 Gündəm 7 227
“Qarabağ”ın 5 milyona satdığı legioner də Rusiyadan qaçmağa hazırlaşır?

Rusiyada çıxış edən əcnəbi futbolçular ölkəni tərk etməyə hazırlaşırlar.

Sportinfo.az xəbər verir ki, onları bu addımı atmağa vadar edən baş verən iğtişaşlardır.

Bildirilib ki, vəziyyət düzəlməyəcəyi təqdirdə, Premyer Liqa klublarının legionerləri yaxın günlərdə Rusiyadan ayrılacaqlar. Hazırda istirahətdə olan oyunçular isə qayıtmaq barədə düşünmürlər.

“Qarabağ”ın barziliyalı legioneri bu ilin yanvarında “Krasnodar”a transfer olunub. Vinger 5 milyon avro qarşılığında ora yollanıb.

Rusiyada ordu ilə “Vaqner” silahlıları arasında baş verən döyüşlər bir çox tədbirlərin ləğvinə səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...