Tıxac probleminə bu cür son qoyulacaq - VİDEO

24 İyun 2023 15:50 Gündəm 770
Tıxac probleminə bu cür son qoyulacaq - VİDEO

Bakının ən böyük tikinti materialları satılan bazarında tikinti materialları az qalsın yolun ortasında satılır.

Həmin ərazidən keçən avtomobil yolu da olduqca ensizdir.

Bu isə xüsusi ilə pik saatlarında ərazidə hərəkəti daha da çətinləşdirir.

“Mövcud vəziyyət sözün əsl mənasında orda fəaliyyət göstərən sahibkarları da təngə gətirib.”

Sahibkar Elxan Əsədov deyir ki, xüsusi ilə yük avtomobillərinin hərəkətinə günün müəyyən saatlarında qoyulan qadağa onların işini çətinləşdirib, satışa da ciddi təsir edib.

Sahibkarlar təklif edir ki, bu bazar şəhərin daxilindən köçürülsə onların da işi yaxşı olar. Hətta Ziya Bünyadov prospektində günün istənilən saatında yaşanan sıxlıq və ya tıxac belə azalar.

Bu bazarın Böyükşor gölünə yaxın olması, ərazidə yeni ekoloji parkın və yaxud da sosial obyektlərin tikilməsi üçün əlverişli mühit yarada bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...