Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaq? - VİDEO

24 İyun 2023 12:50 Gündəm 651
Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaq? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

"Qərbi Azərbaycana açılan qapı" adlı süjetdə ikinci Qarabağ müharibəsindən sonra Qərbi azərbaycanlıların Ermənistan tərəfindən pozulan hüquqlarının bərpasının beynəlxalq normalar çərçivəsində təmin olunmasının vacibliyi vurğulanır.

Bildirilir ki, Qərbi Azərbaycanın yer adlarının yenidən rəsmi olaraq Azərbaycanda ilkin variantda yazmağa və deməyə başlaması erməniləri hürkütməklə yanaşı, soydaşlarımızın gələcəkdə yığcam yaşadıqları ərazilərə qayıtmasına yardım edə bilər: “Azərbaycanda adların əvvəlki şəkildə adlandırılmasından Ermənistanda indi narahat olmağa başlayıblar. İrəvan Dövlət Universitetinin kafedra müdiri Vardan Voskanyan rəsmi Bakının toponimlər probleminə ciddi diqqət yetirdiyindən bəhs edib.

O, bu istiqamətdə baş verənləri “toponimlər müharibəsi” adlandırıb və bildirib ki, rəsmi Bakı bununla Qərbi Azərbaycan üçün açıq-aşkar qapı açır. Bu, az qala Ermənistan dövlətçiliyi, müstəqilliyi və təhlükəsizliyi üçün ciddi təhdiddir”.

Daha ətrafllı sözügedən süjetdə:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...