AFFA Premyer Liqaya buraxdı, amma... Klub götürdüyü öhdəliyi yerinə yetirmir

23 İyun 2023 21:00 Gündəm 1 913
AFFA Premyer Liqaya buraxdı, amma... Klub götürdüyü öhdəliyi yerinə yetirmir

“Araz Naxçıvan” AFFA və Peşəkar Futbol Liqası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir.

Mayda federasiyanın Lisenziyalaşdırma Qrupu tərəfindən Premyer Liqada iştiraka dair müvafiq lisenziya alan, iyunun 15-də İcraiyyə Komitəsinin qərarı ilə yarışmaçılar sırasına dönüşü rəsmiləşən Muxtar Respublika təmsilçisi ev oyunlarını keçirdiyi stadionda yenidənqurma işlərinə start verməyib.

Hərçənd bölgə klubu iyunun 17-dən bu prosesi başladacağına söz vermişdi. Aradan neçə gün keçib, nə işıqlandırma sisteminin, nə də meydançanın dəyişdirilməsi istiqamətində addım atılıb.

“Araz Naxçıvan”ın sahibi Vüqar Abbasov klubu yaşatmağa əvvəlkitək maraq göstərmədiyindən, vəziyyət kritik olaraq qalmaqdadır.

Əlbəttə, müvafiq qurumlar mövcud durumdan məmnun deyil və öz narazılıqlarını qarşı tərəfin nəzərinə çatdırıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...