“Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qalır”

23 İyun 2023 16:30 Gündəm 593
“Ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qalır”

“Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır”.

Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.

Buna nail olmaq üçün kompleks tədbirlərin görüldüyünü qeyd edən dövlət başçısı bildirib ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir:

“Artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Prezident əlavə edib ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir: “Bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar, əminəm ki, yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir”.

Ali Baş Komandan qeyd edib ki, bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk: “Əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq”.

Dövlət başçısı bir daha xatırladıb ki, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...