Azərbaycanda bu ödənişlər geri qaytarılacaq

23 İyun 2023 12:50 Gündəm 964
Azərbaycanda bu ödənişlər geri qaytarılacaq

Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş ödəniş əməliyyatının məbləğini bu ödəniş əməliyyatının icrası üçün ödəyicidən tutulan bütün xidmət haqları ilə birgə ödəyiciyə geri ödəməlidir.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda da bu Qanunun 25.1-ci maddəsinin tələbləri şamil edilir. Avtorizə edilməmiş ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəyiciyə bu Qanunun 25.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada vəsaiti geri qaytarır.

Avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə vasitəçinin təqsiri müəyyən edildikdə o, ödəyiciyə vəsaitin geri qaytarılması ilə bağlı ödəniş xidməti təchizatçısının çəkdiyi xərcləri kompensasiya etməlidir.

Evtorizə etmə - ödəniş əməliyyatının icra edilməsi üçün müştərinin razılığıdır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...