AFFA yeni klubdan tələb etdi - Bu işi görün, milyonları alın

23 İyun 2023 10:40 Gündəm 2 971
AFFA yeni klubdan tələb etdi - Bu işi görün, milyonları alın

«Araz Naxçıvan»da idarəetmə sistemi dəyişdirilir.

AFFA Premyer Liqaya vəsiqə qazanan klubdan Müşahidə Şurası (MŞ) yaratmasını tələb edib.

Federasiya I Divizionun son çempionuna xatradıb ki, yeni MŞ formalaşdırılmasa, dövlət tərəfindən ayrılan 3 milyon manat dotasiyadan məhrum olacaqlar.

Muxtar Respublika təmsilçisinin rəhbərliyi bununla əlaqədar bir araya gəlməyi planlaşdırıb. Prezidentin bölgə üzrə xüsusi nümayəndəsi Fuad Nəcəfin də toplantıya qatılması gözlənilir.

Şuranın tərkibinə bir sıra yerli dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının daxil edilməsi nzərədə tutulub.

Debütant «Cahan»ın sahibi Vüqar Abbasovun çətiri altındadır. Naxçıvanlı biznesmen doğma şəhərinin klubunun təsisçiliyini öz şirkətinə keçirib.

Amma indi o bəllidir ki, V.Abbasov «Araz Naxçıvan»ı maliyyələşdirməyə çətinlik çəkir. Son aylar maddi imkanlarının xeyli zəifləməsinə dair mediada çoxsaylı xəbərlərə rast gəlməkdəyik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...