Respublikamızda bu şəxslərin pensiyası kəskin artacaq - VİDEO

22 İyun 2023 16:30 Gündəm 4 345
Respublikamızda bu şəxslərin pensiyası kəskin artacaq - VİDEO

Qadınların pensiyasina xüsusi əmsallarin tətbiqi təklif olunub.

İnkişaf etmiş ölkələrin təcrübəsinə görə, qadınlarla kişilər arasında pensiya məbləğində fərqin aradan qaldırılması üçün xüsusi əmsallardan istifadə olunur.

Mahiyyət ondan ibarətdir ki, qadınlar pensiya yaşına çatan zaman pensiya kapitalı məxsusi əmsala vurulur və bununla da qadınlarda pensiya kapitalında artımlar müşahidə olunur.

Deputat Vüqar Bayramov təklif edir ki, oxşar praktikadan Azərbaycanda da istifadə olunsun.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda da qadınlarda pensiya yaşı tamam olan zaman onun xüsusi əmsalla hesablanması pensiya kapitalının artmasına və nəticə etibarı ilə qadınların daha çox pensiya almasına imkan yaradacaq.

Vüqar Bayramov əlavə edib ki, bu, eyni zamanda imkan verəcək ki, qadınlarla kişilər arasında pensiya məbləği arasındakı fərq aradan qaldırılsın.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...