Onların Azərbaycanda satışı qadağan edilir

22 İyun 2023 03:30 Gündəm 1 400
Onların Azərbaycanda satışı qadağan edilir

Tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənəcək və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan ediləcək.

Bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan edilir. Azərbaycanda istehsal olunan və yalnız ixrac edilməsi nəzərdə tutulan dərman vasitələri dövlət qeydiyyatına alındıqda, onun qiyməti tənzimlənməyəcək.

Həmin dərman vasitəsinin dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan ərazisində satışı nəzərdə tutulduğu halda isə həmin dərman vasitəsinin qiyməti dərman vasitələri istehsalçısının müraciəti əsasında tənzimlənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...