“Qəbələ”yə “Fənərbağça”, “Sabah“a “Legiya“ düşəcək?

21 İyun 2023 13:20 Gündəm 1 317
“Qəbələ”yə “Fənərbağça”, “Sabah“a “Legiya“ düşəcək?

“Sabah” və “Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Sportinfo.az xəbər verir ki, UEFA yarış iştirakçılarını qruplaşdırıb.

“Sabah” bu raundda ÇFR (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Legiya” (Polşa), “Dunayska Streda” (Slovakiya) – “Dila” (Gürcüstan) cütünün qalibi və ya “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qəbələ” isə “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Omonoiya” (Kipr), “Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus) cütünün qalibi və ya “Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibinə rəqib olacaq.

Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü bu gün atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...