Bakı separatçıları buradan qovdu: Son vəziyyət

21 İyun 2023 03:20 Gündəm 730
Bakı separatçıları buradan qovdu: Son vəziyyət

Rusiya sülhməramlıları Ermənistanın təxribatından sonra bağlanan Laçın postunun açılması üçün Azərbaycanla danışıqlar aparır.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Erməni mənbələr bildirir ki, sülhməramlılar postun avtomobillərin keçidi üçün açılmasını istəyirlər, Bakının isə öz tələbləri var. Bu tələblərə baş verən təxribata görə Ermənistanın məsuliyyəti üzərinə götürməsi də daxildir.

Məlumatlara görə, postun açılması ilə bağlı danışıqlarda Xankəndidəki separatçılar da iştirak etmək istəyib, lakin Azərbaycan tərəfi birmənalı olaraq bundan imtina edib. Danışıqları sülhməramlılar aparır.

Bunu separatçıların qondarma “ombudsmanı” Qeqam Stepyan da təsdiq edib. Bildirib ki, danışıqları sülhməramlılar aparır, onlar iştirak etmir.//Publika.az

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...