Mahiri, Ramil, Bəhlul və başqaları… Kimdir günahkar?

19 İyun 2023 23:20 Gündəm 1 382
Mahiri, Ramil, Bəhlul və başqaları… Kimdir günahkar?

Mahir Emreli, Ramil Şeydayev, Bəhlul Mustafazadə və başqaları…

Bütöv bir futbolçu nəslinin bu qədər keyfiyyətsiz olmasının günahı kimdədir? Canni De Byazi bu məsələdə qınanılacaq bəlkə də, sonuncu adamdır.

O günlərdə azərbaycanlı jurnalistlərin təriflədiyi Robert Prosineçkinin bir açıqlaması diqqətimi çəkdi. Azərbaycan millisi ilə yola davam etməməsinin səbəbi kimi gec də olsa, bizim futbolçuların potensialının aşağı səviyyədə olduğunu anladığını və ümidverici heç nə görmədiyini demişdi. Hə, təxminən belə.

Estoniya kimi Avropada hörmət edilməyən bir milli komandanı küləklər və “Prius”lar şəhəri Bakıda məğlub edə bilmirsənsə…

Yox, məsələ bu deyil əslində. Bu milli komanda estonları məğlub da etsəydi, yenə də fikrimdə qalacaqdım: Biz bütöv bir futbolçu nəslini itirmişik.

Bura qədər Azərbaycan futbolu itirib, Azərbaycan futboluna rəhbərlik edənlər qazanıb, ciblərini doldurub.

Bundan sonrası üçün nəsə etmək lazımdır. Mütləq etmək lazımdır. Növbəti futbolçu nəsli də indikilər kimi olacaqsa, bizim uşaqlarımız, hətta bəlkə, nəvələrimiz, nəticələrimiz də Estoniya kimi “cırtdan”la oyunda qazanılan bir xala şükür edə-edə yaşayacaq (komanda.az).

Rəşad Ergün

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...