Bu gün daha 44 nəfər Laçına köçürüldü - FOTOLAR

19 İyun 2023 17:30 Gündəm 600
Bu gün daha 44 nəfər Laçına köçürüldü - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçına yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 44 nəfərin köçürülməsi baş tutub.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da, Laçın şəhərində 55 ailə, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib.






Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti