Premyer Liqadan xəbərsiz eks nazir haqda: "Bilmirsən güləsən, yoxsa ağlayasan" - VİDEO

16 İyun 2023 17:40 Gündəm 1 318
Premyer Liqadan xəbərsiz eks nazir haqda: "Bilmirsən güləsən, yoxsa ağlayasan" - VİDEO

Növbəti mövsüm də Azərbaycan Premyer Liqasında 10 komandanın yarışacağı öz təsdiqini tapdı.

AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra sabiq xarici işlər naziri Elmar Məmmədyarovun jurnalistləri 12 komandalı çempionatla müjdələməsi qısa müddətdə böyük reaksiya doğurdu.

Ancaq az sonra bəlli oldu ki, Elmar müəllim yenə məsələni səhv başa düşüb.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, AFFA ədaləti idman prinsiplərini qoruyub saxladı:

“Bu, çempionata marağı daha da artıracaq. Ən gülməlisi Elmar Məmmədyarovun yenə də məsələni səhv anlamasıdır.

Bir neçə il öncə səhv anlayıb “evdən işləyirəm“ deyərək gündəmə gələn sabiq naziri cənab Prezident postundan uzaqlaşdırmışdı.

Görün, futbolumuz nə gündədir ki, İK-nin iclasında kimlər ölkə futbolunun taleyinə aydınlıq gətirirlər”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti