"“Əgər Azərbaycan Rusiya tərəfinin keçidə nəzarət etməsini istəyirsə..."

15 İyun 2023 08:40 Gündəm 794
"“Əgər Azərbaycan Rusiya tərəfinin keçidə nəzarət etməsini istəyirsə..."

Ermənistan parlamentinin spikeri Alen Simonyana görə, kommunikasiyaların açılması məsələsində heç bir problem yoxdur, danışıqlar prosesi davam edir və tərəflər ortaq məxrəcə gəlməyə çalışırlar.

Bu barədə o, parlamentdə jurnalistlərlə söhbətində bəyan edib.

“Əgər Azərbaycan Rusiya tərəfinin keçidə nəzarət etməsini istəyirsə, Ermənistan da üçüncü ölkənin nümayəndəliyinin nəzarət etməsini istəyə bilər, çünki sərhədlərin açılması, kommunikasiyaların açılması qarşılıqlı prosesdir. Əgər Azərbaycan vətəndaşları Ermənistan vasitəsilə Naxçıvana getməlidirsə, o zaman Ermənistan sakinləri də Azərbaycan ərazisindən Rusiyaya və ya başqa ölkəyə gedə bilməlidir. Şərtlər eyni olmalıdır”, - deyə Simonyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”