Sevgilisindən ayrılsa...

14 İyun 2023 01:00 Gündəm 882
Sevgilisindən ayrılsa...

“Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqezlə bağlı yeni məlumatlar ortaya çıxıb.

Sportinfo.az xəbər verir ki, cütlük vaxtı ilə ayrılıq müqaviləsi imzalayıb.

Məlumata görə, sənəd 2017-ci ildə Corcinanın böyük qızı Alana Martinaya hamilə olduğu vaxt imzalanıb. Sənədin hazırlanmasına Ronaldonun meneceri Xorxe Mendeş cavabdeh olub.

Bildirilir ki, Ronaldo ilə ayrılacağı təqdirdə Corcinan Kriştianonun Madriddəki malikanəsini sahib olacaq. Bundan əlavə, portuqaliyalı ona ömürlük ayda 100 min avro ödəyəcək.

Xəbərdə o da qeyd olunur ki, ötən ilin iyununda yeni doğulan əkizlərdən birinin ölümündən sonra müqavilənin şərtləri dəyişdirilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”