“Bizə 3-5 il vaxt lazımdır, sonra Azərbaycan şikayətlənəcək”

12 İyun 2023 15:50 Gündəm 2 554
“Bizə 3-5 il vaxt lazımdır, sonra Azərbaycan şikayətlənəcək”

“Ermənistan çox ağrılı addımla razılaşdı, çünki strateji müttəfiqimiz (Rusiya nəzərdə tutulur – red.) bizim üçün ən əlverişsiz həll yolunun tərəfdarıdır”.

bu sözləri erməni politoloq Aram Sərkisyan deyib.

O bildirib ki, Azərbaycana təsir etmək və hərbi balansı bərpa etmək iqtidarında olan yeni müttəfiqlər bir çox yerlərdə belə bir həlldən istifadə ediblər və xoşbəxtlikdən, nəticələr pis deyil:

“Ermənistana daha 3-5 il zəmanətli sülh lazımdır, əminəm ki, bundan sonra Azərbaycan sərhəddəki toqquşmalardan, qeyri-sabitlikdən şikayətlənəcək”.

Rusiyanın uduzacağına əminliyini ifadə edən Sərkisyan sonra “növbənin” Azərbaycana gələcəyini iddia edib.

O, regional iqtisadi-siyasi formata qarşı da çıxıb:

“3+3 formatlı proqramlarla Qərbi regiondan sıxışdırmağa çalışan liderlər bağışlanmayacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti