“Gecikmişik, özüm də çox narahatam, komandada 1 futbolçu da qalmayıb”

12 İyun 2023 11:40 Gündəm 2 263
“Gecikmişik, özüm də çox narahatam, komandada 1 futbolçu da qalmayıb”

“Premyer Liqada olacağıq, amma necə çıxış edəcəyik - əsas məsələ budur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz Naxşıvan”ın baş məşqçisi Azər Bağırov deyib.

I Divizionun qalibi növbəti mövsüm elitada mübarizə aparmalıdır. Hər halda AFFA-nın Lisenziyalaşdırma Qrupu Muxtar respublika təmsilçisinə müvafiq lisenziya verib.

Fəqət, klub yeni planlarını hələ konkretləşdirməyib. Ümumiyyətlə, “Araz Naxçıvan”da qeyri-müəyyənlikdir.

“Cahan Holdinq”in sahibi Vüqar Abbasovun bölgə təmsilçisinə normal maliyyə ayırmaq gücünü itriməsinə dair çoxsaylı xəbərlər dolaşır.

Yayılan informasiyalara görə, naxçıvanlı iş adamı doğma şəhərinin komandasından imtina etməyə hazırlaşır.

A.bağırov onda belə bir informasiyanın olmadığını bildirsə də, narahatlığını gizlətmədi:

“Biz gərək indidən hazırlıq planımızı tutaq. Sonra gecikə bilərik. Başqa komandalar artıq bilir ki, hansı futbolçuları gətirəcək, toplanışı harada keçəcək.

“Araz Naxçıvan”da isə bir futbolçu da qalmayıb. Hamının müqaviləsi bitib. İstədiyim futbolçular var, sadəcə, heç kimlə danışıq apara bilmirəm.

Çünki büdcə müəyyənləşməyib. Deyərdim ki, gecikmişik. Özüm də çox narahatam.

Bu gün-sabah da yenilik olmasa, çox çətinlik çəkəcəyik. Xüsusən mövsümün qışadək olan hissəsində.

Rəbbərlikdən zəng gözləyirəm. Məncə, Naxçıvan rəhbərliyi kluba kömək edəcək. Onlara ümidim böyükdür.

Hər halda Muxtar Respublika uzun illərdən sonra Premyert Liqaya geri qayıdıb və qısa müddətdə bu qədər işlər görülüb.

İstənilən halda Premyer Liqada oynayacağıq. Mən istərdim ki, ilk ilimizdən özümüzü göstərək. Bunun üçün büdcə əsasdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti