"Paşinyan ya Ermənistanın ölüm hökmünə, ya da öz istefa sənədinə imza atmalıdır"

12 İyun 2023 07:20 Gündəm 626
"Paşinyan ya Ermənistanın ölüm hökmünə, ya da öz istefa sənədinə imza atmalıdır"

"Baş nazir Nikol Paşinyanın yalnız iki yolu qalıb: ya Ermənistan Respublikasının ölüm hökmünü, ya da özünün istefasına imza atmaq".

Bu sözlər erməni müxalifətçi deputat, Ayk Mamicanyan tərəfindən parlamentin iclasında səslənib.

Onun sözlərinə görə, Nikol Paşinyan Qarabağla bağlı artıq edəcəyini edib və deyəcəklərini deyib. "İndi növbə bizdədir ", - deyə Mamicanyan vurğulayıb.

Mamicanyan bundan başqa Qarabağla bağlı parlamentdə açıq debat keçirilməsini tələb edib.

Onun sözlərinə görə, bu müzakirələr “Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevdən hansı dərin biliklər aldığını” göstərəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”