İrəvan bəhanə tapdı - 10 noyabr razılaşmasından çıxmağa

11 İyun 2023 07:50 Gündəm 3 763
İrəvan bəhanə tapdı - 10 noyabr razılaşmasından çıxmağa

Ermənistan həm Azərbaycanın növbəti zərbələrindən xilas olmaq üçün yollar arayır, həm də zamanı uzadıb, daha “uyğun” şərtlər əsasında masaya qoyulacaq sülh müqaviləsini imzalamağa cəhd göstərir

Rusiya və Ermənistan arasında münasibətlərin getdikcə daha gərgin xarakter alması müşahidə edilir.

Belə görünür ki, Ermənistan Rusiya ilə əvvəl əldə edilmiş bəzi razılıqlardan geri çəkilməyi düşünür. Bura 2020-ci il 10 noyabr bəyanatı da daxildir.

Elə bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, İrəvan özü həyata keçirəcək: “Bu, artıq bütün iştirakçı tərəfdaşlara aydındır ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfində olacaq”. Bunların fonunda “Qraparak” qəzeti yazır ki, Ermənistan-Rusiya münasibətlərində gərginlik finişə yaxınlaşıb. Materialda bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ardıcıl olaraq anti-Rusiya təbliğatı aparır. “Rusiya Ermənistanı dəhliz verməyə məcbur edir” və “Ermənistan Rusiyadan sifariş etdiyi və pulunu ödədiyi silahları almayıb” fikirləri Armen Qriqoryana məxsusdur. Bu günlərdə isə televiziya efirində Armen Qriqoryan açıq mətnlə bəyan etdi ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin müddəalarından, başqa sözlə, Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat kommunikasiyaları marşrutlarına Rusiyanın nəzarətindən imtina edir. “Suverenlik və qarşılıqlılıq kommunikasiyaların açılmasında mühüm prinsiplərdir, bu məsələdə önəmli olan siyasi razılaşmaların əldə olunmasıdır”, - Qriqoryan deyib. Rəsmi İrəvanın mövqeyi belədir ki, “blokada”nın aradan qaldırılması belə olmalıdır: bütün sərhəd nəzarəti Ermənistan tərəfində olacaq; bütün sərhəd xidmətlərini yalnız Ermənistan yerinə yetirəcək.

Yada salaq ki, 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndində deyilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir”. Həmçinin qeyd edilir ki, nəqliyyat rabitəsinə nəzarət Rusiya FTX-nin Sərhəd Mühafizə Xidmətinin orqanları tərəfindən həyata keçirilir". İyunun 6-da isə xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışında Azərbaycan və Ermənistan arasında davam edən normallaşma prosesindən söz açılıb, ikitərəfli danışıqların hazırkı mərhələsinə dair ölkəmizin mövqeyi səsləndirilib. Nazir Ceyhun Bayramov Azərbaycanın ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfdən qarşılıqlı siyasi iradə gözlədiyini bildirib. Bu kontekstdə, Ermənistanın Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsi, daxili işlərimizə ardıcıl müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa mane olması və beynəlxalq miqyasda, o cümlədən, ATƏT çərçivəsində qarayaxma kampaniyası aparılmasının Azərbaycan Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneə olduğu diqqətə çatdırılıb. Belə görünür ki, Bakı sülh üçün yol, İrəvan isə 10 noyabr razılaşmasından çıxmağa bəhanə axtarır. Ekspertlərimiz necə düşünür, rəsmi İrəvanın davranışlarının nəyə hesablanıb?

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti