Yeni yaradılan çempionata qatılacaq komandalar AFFA-dan nə qədər pul alacaq?

10 İyun 2023 19:40 Gündəm 2 034
Yeni yaradılan çempionata qatılacaq komandalar AFFA-dan nə qədər pul alacaq?

II Divizionda şıxış edəcək komandalar AFFA tərəfindən maliyyə dəstəyi alacaq.

Federasiya bununla bağlı SOCAR-a təqdimat hazırlayıb.

Yeni layihənin reallaşmasına qərar verən qurum 3 variant üzərində işləyib.

A variantı - Hər iştirakçıya 100-150 min manat məbləğində illik dotasiyanın ayrılması.

B variantı - Hər iştirakçıya 50 min manat məbləğində illik dotasiyanın ayrılması.

C varinatı - İştirakçılara keçirdikləri hər oyundan sonra 2000-2500 manat məbləğində vəsait ödənilməsi.

AFFA və Peşəkar futbol Liqası (PFL) artıq yarışın reqlamentini müəyyənləşdirib.

İlk dəfə təşkil olunacaq çempionat 10 komandanın iştirakı ilə keçiriləcək və sentyabrda start götürəcək.

Gələn ilin mayında qalib adını qazanacaq klub I Diviziona vəsiqə əldə edəcək. Sonuncu yeri turan kollektiv isə növbəti mövsümə Region Liqasında başlayacaq.

Təşkilatçılar bu yarışda əyalət təmsılçilərinə üstünlük verməyi planlaşdırır. “Seçim hovuzu”nu əsasən Region Liqasının son sezonunda qüvvəsini sınayanlar təşkil edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”