Premyer Liqaya çıxan klubda MÜHÜM İCLAS - İdarəçilik “əl dəyişir”

10 İyun 2023 14:40 Gündəm 1 101
Premyer Liqaya çıxan klubda MÜHÜM İCLAS - İdarəçilik “əl dəyişir”

Bu gün Naxçıvanda futbolla əlaqlə toplantının keçirilməsi planlaşdırılır.

Tədbirdə Muxtar Respublikanın səlahiyyətli şəxslərinin, iş adamlarının və yerli federasiyanın nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Yığıncaqda “Araz Naxçıvan”nun mövcud vəziyyəti müzakirə olunacaq.

Bilindiyi kimi, region klubu Divizonun çempionu olub və Premyer Liqaya vəsiqə qazanıb. AFFA-nın Lisenziyalaşdırma Qrupu bölgə təmsilçisinin elitada iştirakına dair lisenziya verib.

Lakin “Araz Naxçıvan”ın maliyyə təminatı ilə əlaqəli problemləri baş qaldırıb. “Cahan Holdinq”in sahibi Vüqar Abbasov himayəsindəki kollektivə daha maliyyə ayıra bilmir.

Vasif Talıbovun Ali Məclisin sədri postundan ayrılmasından sonra biznesinin zəifləməsi haqda mətbuatda xəbərlər çıxmış iş adamının Premyer Liqada klub saxlamaq gücünü itərməsi söylənilir.

Onun maddi rıçaqları qaydasında olsaydı, yəqin ki, çempion futbolçulara cəmi-cümlətanı 5000 manat mükafat verməzdi.

Bu gedişlə, V.Abbasov tezliklə futbol sektorunu tərk edəcək, “Araz Naxçıvan”ın səhmlər paketini “x” şəxsə ötürəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti