"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin Polşa millisində oynamaq ehtimalı qalmaqdadır.
Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, braziliyalının agenti Helsio Alisk Polşa vətəndaşlığının alınması ilə bağlı işlərin nə yerdə olduğu haqda danışıb.
O, "Qarabağ"ın bu ilinj yanvarında 5 milyon avroya satdığı 27 yaşlı “sambaçı”nın əslən polyak olmasını, amma hüquqi prosedurun çətinlik yaratmasını deyib:
"Hamı onun Polşa köklərinin olduğunu bilir. Kadi zədədən sonra artıq özünü yaxşı hiss edir. Hazırda Polşa vətəndaşlığının alınması ilə məşğul deyilik.
Çünki sənədləşmə o qədər də sadə deyil, bürokratiya çoxdur. Bu prosesi davam etdirəcəyimiz hələ məlum deyil. Onunla hələ bu barədə heç nə müzakirə etməmişik”.
Kadinin hələ “Qarabağ”da oynayanda Polşa millisində oynamaq ehtimalı var idi.

