Paşinyan Əliyevin mesajını yenə tərs oxudu – Qarabağdakı cinayətkar...

3 İyun 2023 16:30 Gündəm 425
Paşinyan Əliyevin mesajını yenə tərs oxudu – Qarabağdakı cinayətkar...

Nikol Paşinyan Azərbaycan Prezidentinin Müstəqilik Günündə Laçından səsləndirdiyi mesaj və xəbərdarlıqları da deyəsən düz oxumayıb.

Yenə köhnə ritorika, “etnik təmizləmə” haqda hamını bezdirmiş bayatılar.

Yenə qabaqdan gəlmişlik edərək bildirib ki, guya Bakı Praqa və digər anlaşmaları pozur.

Halbuki İlham Əliyev bir daha bəyan edib ki, sülh müqaviləsi beynəlxalq hüququn təməl prinsipləri əsasında imzalanmalı, sərhədlər bizim şərtlərlə, yəni ədalətli şəkildə demarkasiya edilməli, Qarabağdakı qanunsuz silahlı dəstələrin qalıqları çıxarılmalı, oyuncaq rejimin saxta dövlət atributları ləğv olunmalı, o sırada qondarma “parlament” buraxılmalı, özünü “prezident” sayan ünsür təslim olmalı, orada yaşayan erməni əhali isə Azərbaycan Konstitusiyasına əməl edən loyal vətəndaşlara çevrilməlidir. Ondan sonra bəlkə hansısa amnistiya barədə fikirləşmək mümkün olsun. Dövlət başçısı onu da qəti şəkildə bildirib ki, “miatsum” kitabı, “separatçılıq” kitabı artıq bağlanıb. Separatçıların müstəqillik xülyası statusun dalınca gedib.

Burada indi qeyri-adi, bəşəri dəyərlərə, BMT Nizamnaməsinə zidd nə var görəsən? Erməni tərəfinin cığallığı nə vaxt bitəcək? Əgər İrəvan həqiqətən ərazi bütövlüyümüzü 86.6 kv km ərazidə tanıyıbsa, o zaman qarınlarının ağrısı nə? Azərbaycan rəhbərliyi hələ də dövlətimizə meydan oxuyan separatçı tör-töküntüləri ilə, sülh oyunbazlığı ilə məşğul olan kapitulyant tərəflə ayrı necə davranmalıdır?..

Bu arada ermənilərin sərhəd təxribatları səngimək bilmir. Baş verənlər yekun etibarilə aradakı kövrək etimad mühitinin darmadağın olması və sülh müqaviləsinin daha əlçatmaz edilməsin niyyəti güdür və əlbəttə ki, ən çox Rusiyanın əlinə işləyir. Çünki Moskvanın bölgədəki hərbi varlığı müstəsna olaraq, xalqlar arasında ədavətin davam eləməsinə bağlıdır. Yeri gəlmişkən, bu gün Qarabağda Rusiya “sülhməramlıları”nın qanunsuz erməni silahlı birləşmələrinin hərbi daşımalarını mühafizə eləməsinə dair növbəti video-fakt yayılıb.

Mayın 26-da sərhəddə daha iki erməni diversantın saxlanması isə İrəvanın Bakı ilə sülh sazişində maraqlı olmadığı qənaətini bir az da gücləndirdi. Amma həyasızlığa bax ki, Ermənistan İstintaq Komitəsi ordumuzun Zəngilan istiqamətində yaxaladığı və haqqında cinayət işləri açılmış erməni diversantlar haqda “adam oğurluğu” maddəsi ilə “cinayət işi” açıb. Üstəlik, Beynəlxalq Məhkəməyə müraciət ediblər.

Söz tapmırsan, əsgərlərimiz azıb o tərəfə keçir, dərhal geri qaytarmaq əvəzinə, onları cümlə cinayətlərdə, qətldə (!!) ittiham edir, vəhşicəsinə döyürlər. Biz erməni diversantlarını yaxalayırıq, yenə cinayət işi açırlar – bu dəfə “adam oğurluğu” maddəsi ilə. Sanki yalnız Azərbaycan əsgəri cinayətkar, sərhəd pozucusu ola bilər, erməni adlı ikiayaqlılar isə mələksima imişlər.

Əlbəttə ki, bu nağıllara hayların özlərindən və “böyük bacıları”ndan savayı artıq heç kim inanmır. XXI əsrin 23-cü ilində İrəvanda terrorçu-banditlərə “Nemezis” abidəsi ucaldıb ətrafında rəqs edən anormal toplumdan yaxşı nə gözləmək olar ki? Bunun ardınca sırtıqcasına hələ Türkiyəni düşmənçilik siyasəti aparmaqda, qonşuluq əlaqələrini bərpa eləmək istəməməkdə suçlayırlar.

Odur ki, “dişə diş”, “nəfərə nəfər”. Ta ki, bu murdar tayfa özlünə rəva bilmədiyini başqalarına görməməməyi öyrənincə. Ona yaxşılıq edənlərə nankorluq eləməyi tərgidincə.

Yada salaq. Son diversant olayınadək Azərbaycan tərəfi sərhəd bölgəsində ayrı-ayrı vaxtlarda saxladığı 10-a yaxın erməni hərbçisini və mülki şəxsi qeyd-şərtsiz, heç bir xətər toxunmadan geri verib. Amma əvəzində haylar hansı oyundan çıxdılar, artıq məlum. Beləcə, oturduqları budağı özləri kəsdilər. Təbii ki, ondan sonra “tappıltı” ilə yerə çırpılmağın ağrısını hiss eləməli idilər...

Əslində, bu iki diversantın bəxti gətirib. Çünki onlar yerindəcə məhv də edilə bilərdilər. Amma indi həbsxana həyatı onları gözləsə də, həyatlarına təhlükə olmayacaq. Əsir düşən əsgərlərimiz Aqşin Bəbirov və Hüseyn Axundovdan fərqli olaraq, Azərbaycanda onlara qarşı hər hansı zorakılıq edilməyib və nə vaxtsa Ermənistana mübadilə əsasında qayıtmaları istisna deyil. Yenə şükür eləsinlər ki, onları kimsə döyüb-eləməyib, alçaldıb videoya çəkməyib. Çünki biz vəhşi erməni deyilik.

Bu xüsusda Azərbaycan Prezidentinin mayın 28-də Laçında azərbaycanlı əsirlərlə bağlı dediyi sözlər məxsusi diqqət çəkməklə yanaşı, erməni tərəfinə son xəbərdarlıq xarakteri daşıyır.

Sitat: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, düyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?”

Qarabağdakı cinayətkar soydaşlarının dərdini çəkən “demokrat” Nikol qoy öncə bundan danışsın. Nəsə səsi çıxmadı.

Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə bunun dözülməz olduğunu xatırlatdığını deyən İlham Əliyev həmçinin bildirib: “Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz”.

Artıq çəkirlər. Yuxarıdan aşağıya – baş nazirindən sıravisinədək, ermənilər toplum olaraq ağıllanmasalar, onları daha böyük acılar və faciələr gözləyir (musavat.com)...

Zahid SƏFƏROĞLU

Digər Xəbərlər
Xəbər Lenti