"Ərdoğanın qalib gəlməsi Ermənistan üçün ciddi təhlükə yaradır"

31 May 2023 18:30 Gündəm 645
"Ərdoğanın qalib gəlməsi Ermənistan üçün ciddi təhlükə yaradır"

Türkiyənin hazırkı prezidenti Ərdoğanın seçkilərdə qalib gəlməsi Türkiyənin bölgədə əl-qolunu tamamilə açacaq ki, bu da Ermənistan üçün də çox təhlükəlidir.

Bunu erməni türkoloq Andranik İspiryan yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə Ərdoğan Ermənistandan maksimum güzəşt almağa çalışacaq.

“Türkiyənin Nemesis abidəsinin ucaldılmasından sonra atdığı addımlar Ermənistan hakimiyyətinə Türkiyənin hələ də Ermənistanı dost ölkə hesab etməkdən uzaq olduğuna dair mühüm siqnaldır”, - deyə erməni ekspert qeyd edib.

Andranik İspiryan Ermənistan hakimiyyətini Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün atacaqları addımlar barədə diqqətlə düşünməyə çağırıb. Onun fikrincə, əks halda nəticələr dönməz hala gələ bilər.

İspiryan Azərbaycan prezidenti Əliyevin də Türkiyə faktorundan istifadə edərək Ermənistana təzyiqləri artırmağa çalışacağına əminliyini ifadə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”