İlk dəfə təşkil olunacaq II Divizionda neçə komanda çıxış edəcək?

31 May 2023 14:40 Gündəm 1 719
İlk dəfə təşkil olunacaq II Divizionda neçə komanda çıxış edəcək?

Bilindiyi kimi, AFFA və Peşəkar Futbol Liqası (PFL) ölkə çempionatının strukturunda yenilik etməyə hazırlaşır.

Bundan sonra Premyer Liqa və I Divizionla yanaşı, II Divizion da keçiriləcək.

İlk dəfə təşkil ediləcək yarış statusuna görə Region Liqasının üstündə olacaq və bir növ I Diviziona keçid mahiyyəti daşıyacaq.

AFFA və PFL II Divizionun birinci mövsümündə minimum 10 klubun iştirak etməsini planlaşdırır. Burada üstünlük əyalət təmsilçilərinə veriləcək.

I Divizionda mübarizə aparmağı arzulayan, lakin maliyyə, infrastruktur və digər məsələlər üzrə təminatı o səviyyədə olmayan komandalara yeni çempionatda özlərini sınamaq təklif ediləcək.

Təbii ki, seçi elə-belə aparılmayacaq. Yəni, kimin ürəyi istədi, gəlib burada oynamayacaq.

Təşkilatçılar müəyyən şərtlər paketi hazırlayıb və bu tələbləri yerinə yetirmək lazım gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”