“Ermənilər təkcə Qarabağda yaşamır, biz Ermənistanın taleyini düşünməliyik”

26 May 2023 08:20 Gündəm 593
“Ermənilər təkcə Qarabağda yaşamır, biz Ermənistanın taleyini düşünməliyik”

“Mən Ermənistan Respublikasının deputatı kimi dövlətin maraqlarını rəhbər tuturam”.

Bu sözlər Ermənistanın hakim “Vətəndaş sazişi” fraksiyasının deputatı Qurgen Arsenyan tərəfindən səslənib.

Arsenyan parlament iclasında erməni jurnalistlərin “Özlərini Azərbaycanın bir hissəsi kimi görməyən Qarabağ ermənilərinə niyə məhəl qoyulmur” kimi qızışdırıcı sualını bu cür cavablandırıb.

“Mən dəfələrlə demişəm ki, bizim əsas vəzifəmiz Ermənistan Respublikasının dövlət maraqlarını qorumaqdır, biz bunun üçün çalışırıq. Bütün digər məsələlər Ermənistan Respublikasının suverenliyi və gündlik fəaliyyətinin tərkib hissəsində gedir. Ermənistan Respublikasının siyasi xadimləri erməni xalqından öz dövlətlərinə xidmət etmək üçün mandat alıblar. Ermənistan Respublikasının maraqlarını digər problemlərə calanmasında israr edən istənilən siyasətçi, məncə, dövlət əleyhinə fəaliyyət göstərir.

Ermənilər Qarabağda, Cavaxetiyada, Qlendeyldə də (ABŞ, Kaliforniya ştatı-red.) yaşayırlar... bizim siyasətçilərin əsas vəzifəsi Ermənistan Respublikasının maraqlarını təmin etməkdir. Düşüncə və qəlb bir-birinə zidd olanda çıxılmaz vəziyyətə düşürük. Bəzən Ermənistan Respublikasının milli maraqlarının müdafiəsi onun milli maraqlarının alqoritmi ilə üst-üstə düşməyə bilər”, – deyə Arsenyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"