
Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq "Qalatasaray" Bakıya gəlib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə təqribən 1 saat əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.
Martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.