Fransa və Rusiyanın 2025-ci illə bağlı ŞOK PLANLARI: Azərbaycan-Ermənistan sərhədində...

27 Yanvar 2023 20:30 Gündəm 1 466
Fransa və Rusiyanın 2025-ci illə bağlı ŞOK PLANLARI: Azərbaycan-Ermənistan sərhədində...

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) Ermənistana yeni missiya göndərəcək.

Bu barədə məlumatı erməni KİV-i yayıb.

Məlumata görə, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib. Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi layihəni bəyənib.

Bildirilib ki, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın tərkibində təmsil olunacaq. Budəfəki missiyanın müddətinin 2 ay yox, 2 il olması nəzərdə tutulub.

ad519c1d-7b19-3192-b8f3-bf88d41e3edc_850.jpg (100 KB)

Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Musavat.com-a bildirib ki, Avropa İttifaqının "Qafqazda nizamlanmanın təşviqi" üçün Ermənistana mülki missiyasının göndərilməsi heç bir halda sülh prosesinə mane olmamalıdır, missiyanın Ermənistanda yerləşdirilməsi zamanı Azərbaycanın qanuni maraqları nəzərə alınmalıdır:

1594884672239549466_1200x630.jpg (236 KB)

"Lakin görünən budur ki, belə bir qərarın verilməsi Cənubi Qafqazda yeni geosiyasi oyunların qurulmasına təkan verəcək. Biz ilk növbədə Aİ missiyası adı altında Fransanın Cənubi Qafqaza nüfuz etməyə cəhd göstərdiyini görürük. Bu, təbii ki, Ermənistanın əli ilə həyata keçirilir. Rusiya maksimum dərəcədə prosesi nəzarətində saxladığını göstərməyə çalışır, XİN rəsmilərinin dili ilə narazılığını ifadə edir. Lakin görünən budur ki, rəsmi İrəvan bu xəbərdarlıqlara əhəmiyyət verməməkdir.

Xatırlayırsınızsa, hələ ötən ilin oktyabr ayında ilk qısamüddətli missiyanın göndərilməsi zamanı Zaxarova Moskvanın kifayət qədər narazı olduğunu ifadə etmişdi.

f694743d-580f-3a6a-9c3a-fb09be8d0c4f_850.png (598 KB)

O, Avropa İttifaqının mülki missiya göndərməsini "Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi" kimi qiymətləndirmişdi. Çətin ki, Moskva indi 2 illik missiya ilə bağlı qəbul olunan qərara etinasız yanaşsın. Çünki burada zamanlama da diqqət çəkir. 2 illik missiya planı 2025-ci ilə qədərki dövrü əhatə edir və Rusiya sülhməramlılarının mandatının bitən ilinə təsadüf edir. Yəni burada biz faktiki olaraq Azərbaycan-Ermənistan sərhədində həm də alternativ yaradılmasının şahidi oluruq. Praqa görüşündən sonra danışıqları pozan Fransanın da bu missiya məsələsində ön plana çıxması təsadüfi deyil. Ermənistan Cənubi Qafqazda Rusiyanın yerini Fransanın almasına səy göstərir, zamanında əsrin əvvəllərində Osmanlını Rusiya ilə əvəz etdikləri kimi. Bunu hətta Cənubi Qafqazda fransa-erməni avantürası kimi də qiymətləndirmək olar".

Ekspert qeyd edib ki, İran bu məsələdə daha fərqli müstəvidə davranır:

"Avropa İttifaqının nəzarətində olan "Eurasianet" media orqanında keçən ilin oktyabrında yayımlanan məqalədə elə həmin ay işğaldan azad edilmiş ərazilərlə sərhəddə keçirilmiş İranın hərbi təlimləri ilə Aİ-nin Ermənistana 40 nəfərlik müşahidəçi göndərməsi arasında bağlılığın olmaq ehtimalına toxunulur. Məqalədə bildirilir ki, "Görünür, Avropanın göndərdiyi missiya ilə İranın hərbi təlimləri eyni məqsədə xidmət edir: yəni hər iki tərəf Azərbaycanın Ermənistana hücum etməsi təhlükəsini azaltmağa çalışır. Burada biz İran-Fransa münasibətlərinə diqqət etməli oluruq. Xatırlayırsınızsa, İbrahim Rəisi prezident seçildikdən sonra Fransa rəhbəri Emmanuel Makron ilə arasında telefon danışığı baş tutmuşdu.

makron-reisi34.jpg (55 KB)

İran prezidenti Tehranın Avropa İttifaqı ilə münasibətin normallaşdırılması istiqamətində gedişata Fransa ilə əlaqədən başlamağa hazır olduğunu bildirmişdi. Yəni faktiki olaraq İran prezidenti Parisin Tehranla Qərb arasında vasitəçi missiyasını üstlənə biləcəyinə vurğu etmişdi. Şübhəsiz ki, Fransa-İran münasibətləri əsasən də inqilabdan sonra öz spesifikliyi və digər Qərb ölkələri ilə əlaqələrdən seçilib. Xatırlatmaq yerinə düşər ki, Xomeyni Fransaya uçub getdikdən sonra gözlənilmədən bütün dünyaya sözünü çatdırmaq imkanı qazandı və Parisdən Fransa Hava Yolları vasitəsi ilə Tehrana gəlişindən sonra inqilab tamamlandı. Bu mənada həm erməni faktoru, həm Cənubi Qafqazda türk nüfuzu, həm də bu iki ölkənin əslində görünən və görünməyən tərəfləri ilə münasibətləri olduqca önəmli məqamlardır. Bu məqamlar İranın missiya ilə bağlı proseslərə daha səbrli davranmasına səbəb ola bilər" (musavat.com).

Digər Xəbərlər
Xəbər Lenti