“Messinin ağlamağını görmək istəyirəm" - AÇIQ DANIŞDI

9 Dekabr 2022 18:40 Gündəm 344
“Messinin ağlamağını görmək istəyirəm" - AÇIQ DANIŞDI

Sportinfo.az xəbər verir ki, Braziliya yığmasının sabiq hücumçusu Fred dünya çempionatı ilə bağlı maraqlı açıqlama verib.

O bildirib ki, yarımfinalda Braziliya – Argentina matçını izəmək istəyir:

“Yarımfinalda Braziliya və Argentina matçı olsun. Neymar gözəl oyun oynasın, Braziliya udsun. Messinin ağlamağını görmək istəyirəm”.

Braziliya 1/4 finalda Xorvatiya, Argentina isə Niderlandla qarşılaşacaq. Bu gün keçiriləcək oyunların qalibləri yarımfinalda bir-biri ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti