“Mahir bu klubu dükana bənzədib, borc götürüb, aradan çıxmaq istəyib” - CƏZAYA REAKSİYA

7 Oktyabr 2022 22:20 Gündəm 2 396
“Mahir bu klubu dükana bənzədib, borc götürüb, aradan çıxmaq istəyib” - CƏZAYA REAKSİYA

Dünən Mahir Emreli ilə bağlı yayılan xəbər gündəmə bomba effekti yaratdı.

Belə ki, FİFA tərəfindən forvardın futbol fəaliyyəti qadağan edildi

Hazırda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən Mahir Emreli keçmiş klubu "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

FİFA Futbol Tribunalı Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb. Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.

25 yaşlı oyunçu ilə bağlı qadağa normalda hamımızı üzməli idi. Hər halda hazırda ölkə xaricində çıxış edən və adını çəkə biləcəyimiz sanballı iki oyunçumuzdan biri odur.

Onun da başına belə hadisənin gəlməsi sözsüz ki, karyerasın ciddi zərbə vurmuş olacaq.

Gözləyirdik ki, "Dinamo"dan daha böyük klublara keçər. Mahir isə bu gün ümumiyyətlə oynamamaq qadağası ilə üz-üzə qalır.

Bu, həm də milli komandamızın əsas simalarından birinin xidmətindən məhrum olması deməkdir.

Amma nə qədər qəribə səslənsə də əksər azarkeşlər tərəfindən FİFA-nın oyunçumuzla bağlı çıxardığı qərar lağ-lağa ilə qarşılanıb. Klubunda demək olar şans qazanmayan futbolçu məsxərəyə qoyulub:

Əri döymüş arvadı it də tutdu birtərəfdən. Bu məsəl lap yerinəş”.

“Avropada ehtiyatda oturan bir oyunçumuz var idi. Onu da UEFA vurub gözün çıxardı”.

“Heç ayağına top dəyir ki, qadağa da qoyurlar?”.

“Onsuz da Mahir futbolla bağlı bütün fəaliyyətinə son qoyub”.

“100 avro nədir ki? 3 ay maşın sürməsin, qaytarsın”.

“Avropada bir oyunçumuz vardı, o da pulun badına getdi”.

“Avropaya göndərdik ki, pul qazansın, bu da borc edib üstümüzə qayıtdı”.

“Demişdim də axırı “Sumqayıt”dır”.

“Mahir “Legiya”nı dükana bənzədib. Borc götürüb aradan çıxmaq istəyib, o da alınmayıb”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti