İcra Hakimiyyəti işə qarışdı, yeni sədr və dostları pul xərclədi, “Kəpəz” icazə aldı

6 Oktyabr 2022 17:20 Gündəm 1 763
İcra Hakimiyyəti işə qarışdı, yeni sədr və dostları pul xərclədi, “Kəpəz” icazə aldı

"Kəpəz"ə Premyer Liqada ev oyunlarını Gəncədə keçirmək üçün icazə verilib.

Peşəkar Futbol Liqası (PFL) Sportinfo.az-ın xeyli müddət əvvəl yaydığı məlumatı az öncə rəsmən təsdiqləyib.

Bildirilib ki, Azərbaycan Respublikasının Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə”nin 07.09.2022-ci il tarixli rəyinə, “Kəpəz” Peşəkar Futbol Klubunun PFL-ə təşkilati işlərin həyata keçirilməsi və təhlükəsizliyə tam zəmanət verilməsi ilə bağlı məktubuna əsasən, təşkilati qurum tərəfindən 04.10.2022-ci il tarixədək Gəncə şəhər stadionunda oyunun təşkilinə birbaşa və dolayı yolla aidiyyatı olan qurğuların hazırlanması ilə bağlı vaxt verilib.

Vaxt bitdikdən sonra PFL müvafiq işlərə cavabdeh olan şəxslərinin 05.10.2022-ci il tarixdə Gəncə şəhər stadionunda geniştərkibli təftişi həyata keçirilib.

Bu gün isə qurum yuxarıda qeyd olunan məktub və rəylər, eləcə də son təftiş əsasında yekun iclası baş tutub.

Qərara gəlinib ki, tribunaların 1-ci yarusunun istifadə olunması (ancaq oturacaqlı hissəsi), yerli və qonaq komandanın azarkeşlərinin ümumi sayının 3 min nəfərdən artıq olmaması şərtilə “Kəpəz” Peşəkar Futbol Klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsinə icazə verilsin.

PFL-in tələbi ilə Gəncə şəhər stadionunda hər iki komandanın paltardəyişmə otaqları, hakim otağı, “sky-box”lar, tribunalar, reklam şitləri, media nümayəndələrinin çalışması üçün qurğular, eləcə də bu və digər qaydada oyunun keçirilməsi üçün lazım olanlar hazır vəziyyətə gətirilib.

Redaksiyamıza daxil olan informasiyaya görə, bu işdə “Kəpəz”ə Gəncə İcra Hakimiyyəti də köməklik göstərib. Həmçinin klıbun İdarə Heyətinin yeni sədri İlqar Nadiri və onun dostları problemin həlli üçün şəxsi vəsaitindən keçib.

Qərardan sonra Peşəkar Futbol Liqası oktyabr ayının təqviminə aşağıdakı dəyişiklikləri edib.

16 oktyabr
Kəpəz – Neftçi
Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)

29 oktyabr
Kəpəz – Səbail
Gəncə şəhər stadionu, 15:00 (canlı/CBC Sport)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti