Afinadan SON XƏBƏR: Bakıdan gedənlər oldu, “Qarabağ”ı bu sayda...

6 Oktyabr 2022 16:40 Gündəm 1 250
Afinadan SON XƏBƏR: Bakıdan gedənlər oldu, “Qarabağ”ı bu sayda...

Bu axşam “Georgios Karaiskakis”də baş tutacaq “Olimpiakos” – “Qarabağ” qarşılaşmasına yerli azarkeşlərin marağı böyükdür.

Artıq satışa çıxarılan 30 mindən bir qədər artıq biletin tükənmək üzrə olduğunu deyə bilərik.

Çılğınlığı ilə ad çıxaran yunan fanatlar komandalarına lazım olan dəstəyi verib, “qırmızı-ağlar”ı qələbəyə səsləyəcək, bu, öz yerində. Stadiona gələcək azərbaycanlı tərəfdarlar isə “Qarabağ”ın qalibiyyəti üçün səslərini batıracaq.

Axşamkı qarşılaşmada 50-60 civarında azərbaycanlı olacaq. Bu haqda məlumatı Sportinfo.az-a açıqlamasında klubun mətbuat katibi Gündüz Abbaszadə verib:

“Bu gün yerli vaxtla saat 18:30-dan etibarən yarım saatı əhatə edən bilet satışı təmin olunacaq. Ölkənin qaydalarına və təhlükəsizlik tədbirlərinə görə stadionun ətrafında bilet satılmayacaq.

Azarkeşlərimiz tarixi “Panathenaic” stadionun yanında toplaşıb bilet almalı və “Gergios Karaiskakis”ə təhlükəsizlik orqanlarının müşaiəti ilə gəlməlidir. Bunun üçün soydaşlarımıza avtobuslar ayrılıb.

Dediyimiz formada yox, başqa yolla gəlmək istəyən azarkeşlər stadiona buraxılmayacaq. Yeganə üsul məhz qeyd olunan nöqtədən avtobusla gəlməkdir. Biletin qiyməti 20 avrodur.

Açığı, müraciət sayı elə də çox deyil. Səfirlikdən Yunanıstanda yaşayan az sayda azərbaycanlıların oyunu izləmək istəyində olduğu bildirilib.

Və Bakıdan gələn azarkeşlər var ki, onların sayı da çox deyil. Dəqiq say deyə bilməyəcəyəm, təxminən 50-60 azarkeçin olacağı gözlənilir.

Lakin biz bütün ehtimalları nəzərə alıb 100 nəfərlik avtobus sifariş vermişik”.

Bu axşam Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti