ŞOK İDDİA! “Bu hiyləgər pul düşməni millidən getməli idi, ona görə saxladılar ki..."

5 Oktyabr 2022 23:40 Gündəm 1 159
ŞOK İDDİA! “Bu hiyləgər pul düşməni millidən getməli idi, ona görə saxladılar ki..."

AFFA-nın İcraiyyə Komitəsinin (İK) son iclasında Azərbaycan millisinin baş məşqçi postu ilə bağlı yekun qərar verilib.

Belə ki, komandanın sonuncu çalışdırıcısı Canni De Byazi ilə yolların davam etdirilməsi məqbul sayılıb.

İtaliyalı mütəxəssislə sentyabrın 30-u başa çatan müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılıb.

Amma təyinat futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb.

Əksər futbol adamları kimi, sosial şəbəkə istifadəçiləri də əcnəbi mütəxəssislə imzalan yeni müqaviləni qınayıblar.

AFFA-nın rəsmi “Feysbuk” hesabından De Byazinin təyinatı ilə bağlı yayımlanan postda bunu görməmək mümkün deyil.

Fanatların narazılılğını özündə əks etdirən seçilmiş rəyləri sizə təqdim edirik:

“Biabırçılıq! Belədə ki, milli komanda bizim deyil. Sizindi deyə kimi istəsəniz qoya bilərsiniz. Onsuz da, milliyə baxan yoxdu”.

“Yenə bir çuval pul aparacaq”.

“Heç olmasa milli komanda yazmayın. Çünki bu, milli yox, 5-6 millətdən yığılmış yığma toplusudur. Maraqlıdır ki, burdakı oyunçular bir-biri ilə hansı dildə danışırlar”.

“Bütün futbol azarkeşləri getsin deyir. AFFA-dakı futbol düşmənləri isə saxladı”.

“Canni Ye Byazi qaldı. Yerlikdən “Çörək” qalmır. Yeni əcnəbi tapmaq da vaxt aparır deyə milli məşqsiz qalacaq. Ona görə Ye Byazini saxladılar”.

“Bu hiyləgər pul düşməni getməliydi”.

“Yenə millini bir yad kimi izləməyə məhkum olduq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti