Azərbaycanı təslimçiliyə çəkən kimlərdir? - Düşmənin havadarları iş başında

3 Oktyabr 2022 12:50 Gündəm 651
Azərbaycanı təslimçiliyə çəkən kimlərdir? - Düşmənin havadarları iş başında

Yenə də bir qrup şəxs “sarı simə” toxunub, “yurdda sülh, cahanda sülh” yalanı ilə insanları aldadıb, qərəz dolu bəyanat yayıblar.

Yayılan bəyanata ermənilər, bəzi azərbaycanlılar (Qərb dairələrindən qrant alanlar), ruslar, eləcə də dünyanın müxtəlif yerlərindən ermənilərə bağlı şəxslər imza atıblar.

“Postsoveitpeace” adı altında yayılan bəyanatda Azərbaycana qarşı açıq şəkildə ikili standartlar görünür.

Əvvəlcə həmin bəyanatdan bəzi cümlələri diqqətinizə çatdırırıq:

Bəyanatı yayanlar yazırlar: “Biz, postsovet məkanından və ona qonşu bölgələrdən sülh tərəfdarı olan bir qrup insan, ərazilərimizdə bitməyən müharibələrdən və artan imperialist rəqabətdən yorulmuş halda, Azərbaycanın Ermənistana son genişmiqyaslı hücumunu müşahidə etdikdən sonra hiddətlə doluyuq”.

Postsovet məkanda demokratikləşmə – Əkinçi

Diqqət edin ki, bəyanatı yayanlar Ermənistanın hərbi təxribatlarını, dinc sakinlərimizi hədəfə almasını, ərazimizə minalar düzməsini yox, Azərbaycanın guya bu dövlətə qarşı hücum etməsini qabardırlar. Halbuki, dəfələrlə sübuta yetirilib ki, Azərbaycan nə 2016-cı ilin aprelində, nə 2020-ci ilin 27 sentyabrında, nə də 2022-ci ilin 13 sentyabrında müharibəni başladan tərəf olmayıb. Azərbaycan sadəcə olaraq düşmənin təxribatının qarşısını almaq üçün əks-hücum həyata keçirib, azğınlaşan ermənini durdurub. Haqqında çox danışılan 2020-ci ilin 27 sentyabrına qədər Ermənistan elə həmin ilin iyul ayında Tovuzda dinc sakinləri hədəfə almadımı? Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçumuz şəhid olmadımı? Dinc sakinlərimiz yaralanıb, dünyasını dəyişmədimi?

Eləcə də müharibə dövründə Gəncədə baş verənləri bu bəyanatı yayanlar eşitməyiblər?

Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin  xronogiyası - BBC Azərbaycanca

Məlumat üçün onu da bildirək ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də (2020-ci il) gecə saat 1:00 radələrində cəbhə zonasından uzaqda yerləşən Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 45-dən çox mülki şəxs yaralanıb, çoxlu sayda mülki obyektə və nəqliyyat vasitəsinə ziyan dəyib...

Gəncə Qətliamı! #ErməniTerrorunaSon! - CELT Colleges

Necə ki, 20-ci əsrin əvvəllərində azərbaycanlılara qarşı düşmən mövqeyi tutub, xalqımıza qarşı soyqırım həyata keçirirdilərsə, indi də məqsədləri, fikirləri dəyişməyib. Dəyişən Azərbaycanın ordusunun, dövlətinin gücüdür. Sadəcə olaraq, indi Ermənistan Azərbaycanda vəhşilik törədə bilmir, ordumuzun, dövlətimizin qarşısında acizdir. Aciz olmasa, niyyətini axıra qədər həyata keçirə bilər. Ancaq o zaman da əmin olun ki, indi bu bəyanata imza atanlar ermənini qınamayacaqlar. Necə ki, 30 illik işğal dövründə, 1 milyon məcburi köçkünümüzün çətin durumda qaldığı illərdə susublar. Ermənilər torpaqlarımızdan qovulsa da, Qarabağda erməni vandallığının, insanlığa, abidələrə, tarixə qarşı olan qeyri-insani davranışların izləri qalmaqdaqdır. Ancaq biz görmürük ki, hansısa qurum bununla bağlı bəyanat yaysın, qınasın, səsimizə səs versin, bərpa prosesinə dəstək olsun.

Keçək bəyanatın davamına:

“İki gün ərzində Ermənistana qarşı həyata keçirilmiş son hücum, münaqişənin hər iki tərəfindən yüzlərlə insanın həyatına son qoymuş, Ermənistanın mülki infrastrukturunda ciddi dağıntılar törətmiş, minlərlə insanı köçkün vəziyyətinə salmış, iki dövlət və xalq arasında uçurumu daha da dərinləşdirmişdir. Biz, davam edən müharibəyə qarşı israrlı səsimizi ucaldırıq...

Azərbaycan tərəfi başa düşməlidir ki, hərbi təcavüzlə “nəqliyyat dəhlizləri” açıla bilməz, sülh müqaviləsi bağlana bilməz. Bu cür gözləntilər, gündəlik həyatı bu “dəhlizlər”lə keçəcək insanlar üçün qəbuledilməzdir, çünki onlar hər iki tərəfdən sərhədyanı əhalinin bir-biri ilə əməkdaşlıq etməsinə imkan verməyəcək...”

Yaxın Şərqdə sülh küləyi əsir, bəs Cənubi Qafqazda 2022-də sülh olacaq? -  ANALİZ | KONKRET

Göründüyü kimi əslində, burada məqsəd sülh istəmək yox, Azərbaycanı təslimçiliyə sürükləməkdir. Azərbaycanlıların adının da imza atanların siyahısına salınması sözsüz ki, bununla bağlıdır.

Necə olur ki, Rusiya-Ukrayna savaşında ikinci tərəf öz ərazilərini işğaldan azad etməyə çalışanda bunu qəhrəmanlıq kimi xarakterizə edirlər, hər cürə dəstəyi göstərirlər. Ancaq Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edən zaman buna fərqli don geyindirilir.

Qafqazda sülh istəyənlərin regionda nəqliyyat dəhlizinə qarşı çıxması isə başqa bir gülməli mövzudur. Məgər, bu dəhliz yalnız Azərbaycan üçündür? Ermənipərəstlər necə anlamış deyillər ki, elə Ermənistanın özü-özünü blokadaya salması da təcavüzkar siyasəti ilə bağlıdır. Bu siyasəti ilə o, regionda mümkün olacaq böyük iqtisadi layihələri, nəqliyyat dəhlizlərini də buxovlayıb və indi də pozucu əməllərini davam etdirməkdir.

Prezident Ermənistanın son təxribatından danışdı | marja.az

Son hadisələrlə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan öz çıxışında hər şeyi açıq şəkildə deyib:

Sitat: “Son aylar ərzində bizə qarşı dəfələrlə hərbi təxribatlar törədilirdi. Müharibədən sonra təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırılıb. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq.
Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Ermənilərin köhnə atəşkəs hiyləgərliyi: Hər dəfə yeni ərazilərin işğalı  üçün cəhd ediblər - REAL FAKTLAR

Artıq sözə gərək yoxdur. Sadəcə olaraq qərəzi kənara qoymağın zamanıdır. Bu kimi bəyanatlara imza atanlar, bunu yayanlar heç kimi yox, elə özlərini aldadırlar. Tarix arxivdə, ermənilərin bizə qarşı etdikləri isə gözümüzün önündə, çoxumuzun ailəsində, ( ya şəhid, ya qazi, ya məcburi köçkün kimi) qalanlarımızın isə qəlbində yara kimi yaşayır.

30 il ərzində yurd həsrəti ilə ölənlərimiz isə bir başqa dərdimizdir. Ona görə də bu kimi bəyanatlara imza atan zaman haqqı, ədaləti unutmaq lazım deyil. Gərçi, bəzi Qərb dairələri və onun havadarları bunu çoxdan unudub (musavat.com)...

Əli Rais

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı