"Real"dan gələn ulduzun adı iştirak ərizəsinə daxil edildi

2 Oktyabr 2022 16:20 Gündəm 448
"Real"dan gələn ulduzun adı iştirak ərizəsinə daxil edildi

"Olimpiakos"un yeni ulduzu Marselo yeni klubunda debüt etməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi ilk dəfə klubun iştirak ərizəsində yer alıb.

Onun adı Yunanıstan Superliqasının 6-cı turunda "Atromitos"la matç (2 oktyabr) üçün baş məşqçi Xose Miçelin siyahısına daxil edilib.

Marselonun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la oyun üçün iştirak ərizəsində də yer alacağı gözlənilir.

Oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti