"Kəpəz"in idman direktoru AFFA-nı özündən narazı saldı, indi də Elxan Məmmədov…

12 Avqust 2022 13:00 Gündəm 1 054
"Kəpəz"in idman direktoru AFFA-nı özündən narazı saldı, indi də Elxan Məmmədov…

AFFA «Kəpəz»in idman direktoru İlqar Nadirinin fəaliyyətindən narazıdır.

Bu barədə federasiyadan Sportinfo.az-a məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, funksionerin gördüyü işlər qurumu qane etmir və bununla bağlı qarşı tərəfə iradlar bildirilib.

Onun klub və azarkeşlər arasında problemləri yoluna qoymaq üçün heç bir addım atmaması, həmçinin gündəlik iş prosesinə ciddi yanaşmaması AFFA-da narahatlıq yaradıb.

Nadirininin Yaşar Vahabzadəyə tam güclə dəstək verməməsi, əksinə, baş məşqçinin əleyhinə fikirlər söyləməsinə dair federasiyaya informasiyalar ötürülüb.

AFFA «Kəpəz»də idman direktorunun dəyişdirilməsi ilə əlaqəli müzakirələr aparır. Bu vəzifəni icra edə biləcək bir neçə namizəd müəyyənləşdirilib.

Amma bu məsələdə də son söz sahibliyi Elxan Məmmədovdadır. Federasiya AFFA-nın icraçı vitse-prezidenti və baş katibi postunu FİFA-nın paris ofisinə dəyişən E.Məmmədovdan cavab gözləyir.

O, 3 aya yaxındır Azərbaycanı tərk eləsə də, bu gün belə, AFFA üzərində nəzarəti saxlamaqdadır. İ.Nadirinin onun kadrı olması da heç kimə sirr deyil.

Gəncədə kiçik biznesmen kimi tanınan bu şəxs məhz E.Məmmədovun dəstəyi ilə «Kəpəz»in başına gətirilib və dəstəklənir.

Digər Xəbərlər
Xəbər Lenti