Təklif gəldi, o, iki məsələnin həlli üçün vaxt istədi – Bölgəyə 3-cü səfərə hazırlaşır

5 İyul 2022 20:00 Gündəm 1 335
Təklif gəldi, o, iki məsələnin həlli üçün vaxt istədi – Bölgəyə 3-cü səfərə hazırlaşır

“Səbail”dən ayrılandan sonra işsiz qalan Əfran İsmayılov Premyer Liqa klubu ilə müqavilə bağlamağa hazırlaşır.

Hər nə qədər qəribə səslənsə də, bu, paytaxt yox, bölgə təmsilçisidir.

“Kəpəz” 33 yaşlı yarımmüdafiəçiyə təklif göndərib. Buna qədər verdiyi açıqlamada ailəsinə və övladlarına görə bölgədə top qovmasının mümkünsüzlüyünü əsas gətirən İsmayılov Gəncə klubundan düşünmək üçün möhlət istəyib.

Bu möhlət isə ailə üzvlərini Gəncədə işlə təmin etmək, övladlarının bağça-məktəb sualına cavab tapmağa görədir. Hazırda səbəbkarın özü ilə klub rəsmiləri deyilən məsələlərin həlli ilə məşğuldur.

Problem yoluna qoyulacağı halda, Əfran yaxın 10 gün ərzində “Kəpəz”in məşqlərinə qoşulacaq.

Əfran İsmayılov baş məşqçi Yaşar Vahabzadənin yaxından tanıdığı futbolçudur. Onlar vaxtilə U-19 və U-21 millilərində məşqçi-futbolçu qismində eyni hədəfə can atıb.

Əsas “Qarabağ”da məşhurlaşmış “22 nömrə” vaxtilə “Turan” və “Xəzər Lənkəran” kimi bölgə komandalarında top qovub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti