Futbolda dəyişikliklər barədə qərar qəbul edildi

14 İyun 2022 03:00 Gündəm 1 118
Futbolda dəyişikliklər barədə qərar qəbul edildi

Beynəlxalq Futbol Assosiasyaları Şurası (IFAB) futbolda 5 əvəzləmə qaydasının daimi tətbiqinə qərar verib.

Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, daha əvvəl koronavirus pandemiyası dönəmində sınaqdan keçirilən bu qayda effektli alındığına görə qurum dəyişikliyin olmasını məqsədəuyğun sayıb:

"2020-ci ilin mayında FİFA-nın təklifi nəticəsində IFAB qaydalarda müvəqqəti dəyişiklik etdi. Bu dəyişikliyə əsasən, beynalxalq yarışlarda məşqçilər 3 yox, 5 futbolçunu əvəzləmək imkanı qazandılar.

IFAB-ın bu gün keçirilən iclasında bütün futbol ictimaiyyətinin dəstəyi fonunda futbol qaydalarında düzəliş edilməsini qərara alındı".

Bundan başqa, yarış təşkilatçıların istəyindən asılı olaraq, eytiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılmasına qərar verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti