Xerson vilayətinin bir neçə yaşayış məntəqəsi azad edildi

14 İyun 2022 01:20 Gündəm 817
Xerson vilayətinin bir neçə yaşayış məntəqəsi azad edildi

Ukrayna ordusu əks-hücum əməliyyatı ilə Xerson vilayətinin bir neçə yaşayış məntəqəsini azad edib.

bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.

“Rusiya ordusu tərəfindən Cənuba onlarla hücum cəhdinin qarşısı alınıb. Əks-hücum sayəsində Xerson vilayətində icmaların bir hissəsi artıq azad edilib”, - o deyib.

“Donbasdakı döyüşlər Avropanın ən amansız döyüşlərindən biri kimi tarixə düşəcək. Ukrayna ordusu və kəşfiyyatı taktiki cəhətdən Rusiya hərbçilərini üstələyir”, - deyə Zelenski əlavə edib.

Daha əvvəl Ukrayna hərbçilərinin Donbasda üç kəndi azad etdiyi bildirilmişdi, lakin kəndlərin adı hələ açıqlanmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti