UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda daha bir oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı C Liqasının 3-cü qrupunda Qazaxıstan Slovakiyanı qəbul edib.
Nur-Sultandakı "Astana Arena"da oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qazaxıstanın qollarını 18-ci dəqiqədə Yan Voroqovski, 39-cu dəqiqədə isə Elxan Astanov vurub.
Slovakiyanın qoluna 51-ci dəqiqədə Matuş Bero imza atıb. Qonaqlarda Ondrey Duda 87-ci dəqiqədə qırmızı vərəqə alıb.
Qazaxıstan qələbə sayəsində xallarının sayını 10-a çatdırıb və liderliyini davam etdirib. Slovakiya 6 xalla ikincidir.

