Bakıda bağlanmış yollar sabah açılır, beton bloklar iyunun 20-dək götürüləcək - "Formula 1"ə görə

13 İyun 2022 15:30 Gündəm 975
Bakıda bağlanmış yollar sabah açılır, beton bloklar iyunun 20-dək götürüləcək -

Sportinfo.az xəbər verir ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı bütün yollar iyunun 14-də tam olaraq açılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, iyunun 6-dan bağlanan prospekt və küçələr sabah saat 10:00-dan tamamilə sürücülərin istifadəsinə veriləcək.

Bundan başqa, yollarda təhlükəsizlik məqsədilə quraşdırılmış beton bloklar iyunun 20-dək götürüləcək.

Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

BŞH bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığını bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti