Bu gün UEFA Millətlər Liqasında 4-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, A və B Liqalarının hərəsində 2, C Liqasında 4, D Liqasında 1 oyun keçirilib.
A Liqasında 2-ci qrupda İsveçrə Portuqaliyanı qəbul edib və minimal hesabla qalib gəlib. İspaniya isə Çexiya ilə üz-üzə gəlib və inamlı qələbəyə sevinib.
12 iyun
C Liqası, 2-ci qrup
Şimali İrlandiya – Kipr 2:2
Qol: Makneyr, 71. Evans, 90+4 – Kakullis, 32; 51.
Yunanıstan – Kosovo 2:0
Qol: Qyakumakis, 71. Mantalos, 90+9.
Xal: Yunanıstan – 12, Kosovo – 6, Şimali İrlandiya – 2, Kipr – 2
B Liqası, 4-cü qrup
Norveç – İsveç 3:2
Qol: Haland, 10; 54-pen. Sorlot, 77 – Forsberq, 62. Qyokeres, 90+5.
Sloveniya – Serbiya 2:2
Qol: Çerin, 48. Sesko, 53 – Zivkoviç, 8. Mitroviç, 35.
Xal: Norveç – 10, Serbiya – 7, İsveç – 3, Sloveniya – 2
C Liqası, 4-cü qrup
Şimali Makedoniya – Cəbəllütariq 4:0
Qol: Bardi, 4. Torilla, 14-öz qapısına. Miovski, 16. Çurlinov, 31.
Gürcüstan – Bolqarıstan 0:0
Xal: Gürcüstan – 10, Şimali Makedoniya – 7, Bolqarıstan – 3, Cəbəllütariq – 1
A Liqası, 2-ci qrup
İsveçrə – Portuqaliya 1:0
Qol: Seferoviç, 1.
İspaniya – Çexiya 2:0
Qol: Soler, 24. Sarabia, 75.
Xal: İspaniya – 8, Portuqaliya – 7, Çexiya – 4, İsveçrə – 3
D Liqası, 2-ci qrup
Malta – San Marino 1:0
Qol: Muskat, 50.
Xal: Estoniya – 6, Malta – 6, San Marino – 0

