Bölgə klubu 2 ildir futbolsuz qalan 5 qat Azərbaycan çempionuna yiyə durdu

12 İyun 2022 19:00 Gündəm 2 485
Bölgə klubu 2 ildir futbolsuz qalan 5 qat Azərbaycan çempionuna yiyə durdu

Elvin Yunuszadə futbola qayıdır.

2 ilə yaxındır yaşıl meydanlardan uzaq düşən təcrübəli müdafiəçini yenidən Premyer Liqada görəcəyik.

5 qat Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun sahibi olmuş futbolçu karyerasını “Kəpəz”də davam etdirəcək.

Hələ çempionat başa çatmamış idman formasını qorumaq üçün Gəncə təmsilçisinin sıralarına qoşulan Yunuszadə Yaşar Vahabzadənin diqqətini çəkib.

Yaxın günlərdə onunla müqavilə bağlanacağı gözlənilir.

Vaxtilə “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şkupi” (Makedoniya) kimi komandaların formasını geyinmiş Azərbaycan millisinin sabiq üzvü sonuncu dəfə 2020-ci ilin sentyabrında Makedoniya çempionatında rəsmi oyuna çıxıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti