Bu gün Azərbaycanda koronavirusa daha 7 nəfər yoluxdu

11 İyun 2022 17:30 Gündəm 663
Bu gün Azərbaycanda koronavirusa daha 7 nəfər yoluxdu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 086 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 69 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 468, bu günə qədər isə ümumilikdə 6 921 407 test icra olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti