“Qurban Qurbanovun ölkənin futbol həyatı ilə bağlı son vaxtlar verdiyi açıqlamalar bizi xeyli ümidləndirib”.
Bu sözləri “Sportinfo TV”yə açıqlamasında millinin və “Neftçi”nin sabiq müdafiəçisi Mahir Şükürov deyib.
“Qarabağ”ın baş məşqçisinin futbolumuzun mövcud durumuna yönəlik tənqidi fikirlərini dəstəkləyən veteran inanır ki, AFFA-da dəyişiklik olarsa, bütün problemlər tədricən öz həllini tapacaq:
“Qurban müəllim məni “Neftçi”yə gətirən şəxsdir. Inandı ki, “Karvan”dan transferimi həyata keçirdi.
Onu yaxşı tanıyıram və biilirəm ki, hər sözü danışan deyil. Görün, Azərbaycanda futbolun səviyyəsi necə sürətlə aşağı düşür ki, Qurban müəllim kimi səbrli insan da artıq dözə bilmir.
Onun söylədikləri ciddi həyəcan siqnalıdır. əminəm ki, Qurban Qurbanovun dediyi həqiqətlər hamı tərəfindən eşidiləcək, dövlət futbolu bu vəziyyətdən çıxaracaq. Indi biz tək deyilik”.

