“Sportinfo TV”də yayımlanan “Futbol söhbəti” verilişinin növbəti eksklüziv buraxılışı efirə gedib.
Telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin bu dəfə ki qonaqları millimizin sabiq kapitanları Vaqif Cavadov və Mahir Şükürov olub.
Veteran futbolçularla “Neftçi”nin Müşahidə Şurası tərəfindən qəbul edilən son qərarlar və yığma komandamızın UEFA Millətlər Liqasında aldığı son nəticələr müzakirə edilib.
Verilişdən çıxarışları sizə təqdim edirik:
Mahir Şükürov: “Canni De Byazinin millidə saxlanılması azarkeşlərə böyük təhqirdir”
“Kamran Quliyev də artıq “Neftçi”dən yola salınmalıdır. Müşahidə Şurasının verdiyi ən düzgün qərar öncə onun göndərilməsi olar”
“Qurban Qurbanovun futbolumuzla bağlı verdiyi açıqlamalar ümidlərimizi daha çox artırır. Artıq hiss edirik ki, yalnız deyilik”.
Vaqif Cavadov: “De Byazinin millidə qaldığı hər gün itkidir”
“Komandada futbolçuları toparlaya biləcək liderlik bacarığı olan futbolçu yoxdur. Bizim vaxtımızda öz aramızda danışıb bir çox qarşılaşmalarda geridönüş etmişik”
“Akademiyalara legioner mütəxəssislər o zaman gələ bilər ki, onlara imkan yaradılsın. Əgər düşüncə dəyişməyəcəksə, kənardan müdaxilələr olacaqsa, ondansa yerli məşqçilərimiz qalsın da, başqalarına nə ehtiyac var?”
“Bu günlərdə “Sumqayıt”la müqavilə imzalayacam, çox güman ki, iş yerim ya U-17 olacaq, ya da U-19”.

