Dünən uzun həsrətdən sonra “Neftçi”də Müşahidə Şurasının iclası baş tutdu.
3 saata yaxın davam edən müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edildi.
Akademiya binası növbəti mövsümün sonuna qədər tam tikilib istifadəyə verilməsinə qərar verilib.
Samir Abasova xidmətlərinə görə təşəkkür edilib, onunla və məşqçi heyəti ilə yeni müqavilə imzalanmayıb.
Rəşad Abdullayev B komandaya baş məşqçi təyin edilib.
Akademiyaya bu ayın sonuna qədər təklif olunan namizədlər arasından bir nəfər əcnəbi mütəxəssisin texniki direktor təyin edilməsi qərara alınıb.
A komandaya təklif olunan baş məşqçi namizədlərindən biri ilə danışıqlar yekunlaşılmasına və 14 iyun tarixinə qədər keçirilməsi planlaşdırılan Müşahidə Şurasının iclasına çıxarılmasına qərar verilib.
Şuranın baş tutan iclası, müzakirələrin 3 saata yaxın zaman alması və sondakı qərarlar "ağ qaralı" fanatların heç də ürəyincə olmayıb. Belə olunca MŞ-nın iclasını sosial şəbəkələrdə məsxərəyə qoyanlar da yetəri qədər olub.
Maraqlı olacağın nəzərə alıb, çox saylı rəylərdən müəyyən qismin seçib, sizlərə təqdim edirik:
"3 saatın 2,5 saatı çay, kofe, şirə içməyə gedib, 25 dəqiqə siqaret, 5 dəqiqə ayaq üstə bunu təsdiq ediblər, yəqin (gülür)".
"Mən təklif edirəm ki, Kamran Quliyevin özünü baş məşqçi təyin etsinlər".
"Neftçi"nin Akademiyasına "dəyərli mütəxəssis" De Byazi gətrilsin!".
"Elə bu?".
"Bəs büdcə?".
"Yarıtmaz rəhbərlik niyə qaldı ki?".
"Üç saat oturublar orda, nə qədər söhbət ediblər, verilən qərarlar budur".
"Admin, bəs büdcə barədə məlumat yoxdur ??????????????????".
"Bu rəhbərlik ilə nə qədər məşqçi dəyişdi.Problem məşqçidə deyil. Məşqçiyə işləməyə icazə versəydilər, Bordin də heç pis məşqçi deyildi. Camaatı dolamağınan deyil".
"Bunu votsapda da danışa bilərdiz də. Yollar probka, şəhər dəlixana, bundan ötrü yığışmışdız? Boyunuzu qazona soxum".
XANOĞLAN / SPORTİNFO.AZ

