Tanınmış futbol ekspertinin proqnozu MİLLİMİZƏ QORXUNC GÜN vəd edir

6 İyun 2022 11:40 Gündəm 1 299
Tanınmış futbol ekspertinin proqnozu MİLLİMİZƏ QORXUNC GÜN vəd edir

"Belarus - Slovakiya matçını tam izləmişəm. Əminliklə deyə bilərəm ki, Belarus çox yaxşı komplektləşmiş komandadır".

Bu açıqlamanı Sportinfo.az-a futbol eksperti Emin Abbasov verib.

Millimiz bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin II turu çərçivəsində Serbiyada Belarusun qonağı olacaq.

Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Yığma ilk matçında səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub.

E.Abbasov budəfəki rəqibin qazaxlardan daha güclü olduğunu diqqətə çatdırıb:

"Georgi Kondratyevin komandası Slovakiya ilə oyuna 5-4-1 sxemi ilə çıxmışdı. Bizdən fərqli olaraq, onların beşli müdafiəsi olduqca kompakt, müdafiəçilərin mövqe üzrə düzgün oynamaqları hesabına inamlı görünürdü.

Yarımmüdafiənin solunda Maks Ebonq çox kreativdir, birəbir mübarizələrdə təhlükəlidir. Əks cinahda oynayan Vladislav Klimoviç də Slovakiyaya qarşı yaxşı təsir bağışladı.

Tək hücumçu kimi oynayan İvan Baxar geriyə düşüb topu dərinliklə alan, yaxşı texnikaya və böyük işgüzarlığa malikdir.

Əsas onu qeyd edərdim ki, Slovakiya ilə oyunda məğlub duruma düşən kimi sistemi dərhal dəyişib, dördlü müdafiəyə keçdilər və oyunun sonlarında bir neçə qol epizodu yaratdılar.

Meydana sonradan girən futbolçular arasında da oyunuyla diqqət çəkənlər var idi. Dəqiq demək olar ki, Belarus Qazaxıstandan çox üstün futbol sərgiləyir.

De Byazi rəqibə uyğun sistem qura bilməsə, Belarusla oyunda yaxşı nəticə qazanmaq çətin olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti