Hafiz Məmmədov hazırda həbsdədir

28 Yanvar 2022 09:00 Gündəm 1 153
Hafiz Məmmədov hazırda həbsdədir

Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti tanınmış iş adamı Hafiz Məmmədovun axtarışa verildiyi və Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayıb.

Yayılan məlumatdan sonra iş adamı mediaya açıqlama verərək, saxlanılması ilə bağlı məlumatı təkzib edib və borcunu ödədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, günün ikinci yarısında Yasamal rayon məhkəməsində onun növbəti məhkəməsi keçirilib. İş adamı məhkəmə zalında həbs edilib və istintaqa təhvil verilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində onun ev dustaqlığına buraxılması ilə bağlı proses olacaq.

Digər Xəbərlər
Xəbər Lenti